İŞİD İraqın Kərkük şəhərinə hücum etdi

İraqın Kərkük şəhəri İŞİD silahlılarının hücumlarına məruz qalıb.ANS PRESS-in məlumatına görə, hazırda peşmərgə kürd qüvvələrinin nəzarəti altında olan şəhərin cənub-qərb hissəsində ağır döyüşlər gedib.

Peşmərgə komandiri Uasta Rəsul İŞİD-in 600-ə yaxın silahlı ilə şəhərin cənub-qərb rayonlarına hücum etdiklərini bildirib. Lakin, onun sözlərinə görə, kürd hərbi qüvvələri hücumların qarşısını vaxtında ala bilib.

Peşmərgə İŞİD döyüşçülərinin mövqelərini iriçaplı silahlarla atəşə tutub. Məlumata görə, anti-İŞİD koalisiyası hərbi hava qüvvələri də əməliyyatlara dəstək olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar