Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir

TQDK bu gün rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 – da başlanacaq. Cari ildə “Azərbaycan dili” fənni üzrə 26 apreldə keçirilmiş imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.

Qəbul qaydalarına əsasən, həmin imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə bu gün “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.

İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar