Insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun səlahiyyətləri artırılıb

Konfidensial elektron məlumat bazasındakı məlumatlar insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim ediləcək

Azərbaycanda insan alveri qurbanları üçün Daxili İşlər Nazirliyi tərəfindən yaradılan sığınacaqlar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmaqla yaradılır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan yardım mərkəzləri insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssisləri insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla cəlb edə biləcəklər.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Qaydalara edilən dəyişikliyə əsasən xüsusi müəssisələrdə, yəni sığınacaq və yardım mərkəzlərində insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün yaradılan konfidensial elektron məlumat bazasındakı məlumatlar insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar