İsrail nümayəndə heyəti Azərbaycana gəlir

IsraelAzərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərinin meri Nirat Karmel, Şəhər Şurasının deputatı Aviran Mişiyev və “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov daxildir. Qonaqların arasında israilli jurnalistlər və mədəniyyət xadimləri də var.

İsrail nümayəndə heyətinin səfər proqramında Bakının görməli yerləri ilə tanışlıqdan başqa, Mingəçevir, Gəncə, Şəki, Göygöl və Qəbələyə səfərlər də nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində də iştirak edəcək.

Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası hədiyyə edilməsi münasibətilə tədbir keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar