DEPUTAT JURNALİSTİ ÖLDÜRMƏYƏ ÇAĞIRDI - "İtə it ölümü yaraşır”

Milli Məclisin üzvü Rasim Musabəyov jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevin onun barəsində yazdığı müəllif yazısına sərt cavab verib.Virtualaz.org saytı xəbər verir ki, deputat jurnalistin onun siyasi keçmişinə nəzər salan və “Mən həmişə Əliyevə qarşı işləmişəm...” başlıqlı məqaləsinə cavab olaraq facebookda onu Elmar Hüseynov kimi qətlə yetirməyə çağırıb.

R.Musabəyov aşağıdakı sözləri yazıb: “Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək - itə it ölümü yaraşır”

Qeyd edək ki, Rasim Musabəyovu özündən çıxaran Eynulla Fətullayev “Mən həmişə Əliyevə qarşı işləmişəm” başlıqlı yazısı olub. Həmin yazıda Eynulla Fətullayev Rasim Musabəyova qarşı çox ağır ittihamlar irəli sürüb, onu satqın, xəyanətkar, şəxsi mənafeyi naminə hər şeyə hazır olan,  hətta siyasi fahişə adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar