Küləkli hava davam edəcək - Proqnoz

İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi bölgələrdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 21-26, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

İyulun 8-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. İyulun 9-10-da gündüz saatlarında nisbi temperatur diskomfortu və havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar