Macarıstan Serbiya ilə sərhədi boyunca hasar tikəcək? 

Xarici KİV-in yaydığı məlumata görə, qeyri-leqal miqrasiyanın qarşısını almaq məqsədilə Serbiya sərhədi boyunca hündür hasar tikintisini nəzərdə tutan qanun layihəsi Macarıstan parlamenti tərəfindən səs çoxluğu ilə təsdiq edilib (İnterfaks.ru).

Bu barədə Macarıstanın baş naziri Viktor Orban deyib: «Macarıstan öz tarixində ilk dəfə ən böyük miqrasiya dalğası ilə üz-üzə gəlib ki, onun gücü 130,0 faiz artıq yüklənib».

Qanun layihəsinin lehinə 151 deputat, əleyhinə 41 deputat səs verib.

Layihəyə əsasən, sərhəd boyu hündürlüyü 4 metr, uzunluğu isə 175 kilometr olacaq hasar ilk növbədə, Afrika və Yaxın Şərqdən gələn qeyri-leqal miqrantlardan qoruyacaq.

Bundan başqa sığınacaq alınması barədə müraciətlərin verilməsi qaydasının da sərtləşdiriləcəyi planlaşdırılır. Bu da miqrantları müvəqqəti düşərgələrdə saxlamaq, sığınacaq verilməsi barədə müracətlərə baxılma müddətini azaltmaq və apellyasiya imkanlarını məhdudlaşdırmaq üçün hakimiyyət dairələrinə əsas verəcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar