Məzarlıqlarla bağlı qanun layihəsi üzərində iş yekunlaşır

Mübariz Qurbanlı: “Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər müəyyən edilib”

"Azərbaycanda məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxılıb, hazırda yekun müzakirələr gedir, növbəti mərhələdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq".

Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, qanun layihəsini DQİDK İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlayıb Nazirlər Kabinetinə təqdim edib: “Nazirlər Kabinetində sənədə baxılıb, müvafiq şöbə bununla əlaqədar müəyyən təkliflər verib. Bu təkliflərə bizim Komitə ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yenidən baxılıb, hazırda müzakirələr yekunlaşmaq üzrədir.

Müzakirələrdən sonra yekun sənədə prosedura uyğun olaraq Prezident Administrasiyasının qanunvericilik şöbəsində baxılacaq, orada baxıldıqdan sonra qanun layihəsi Milli Məclisə göndəriləcək”.

Komitə sədrinin sözlərinə görə, əsas odur ki, sənədlə bağlı heç bir problem yoxdur.

M. Qurbanlı qanun layihəsinin məğzi barədə də məlumat verib: “Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər müəyyən edilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar