Bakı Olimpiya Stadionunda ilk futbol matçı

Azərbaycan – İtaliya oyunu bu stadionda keçiriləcək

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Anspress-in məlumatına görə, H qrupunda yer alan komandların görüşünün saatı isə hələ məlum deyil. Stadionda Azərbaycan və İtaliya komandaları qarşı-qarşıya gələcək.

2015-ci ilin mart ayının əvvəlində istismara hazır olan Bakı Olimpiya Stadionu 65 min tamaşaçı tutumuna malikdir. Maraqlı məqam orasındadır ki, Azərbaycan milli komandası bu stadionda ilk futbol matçına çıxacaq.

Bundan əvvəl "Bakı-2015" I Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri, həmçinin Avrop Oyunları çərcivsində bir neçə oyun bu stadionda baş tutmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar