Banklarda əmanətlər azalır – Son rəqəmlər

Azərbaycan banklarında əhalinin əmanətləri gözlənildiyi kimi azaldı.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 01.06.2015-ci il tarixinə əhalinin banklarda əmanətləri 7 milyard 601.1 milyon manat olub.

Halbuki, bu rəqəm Mayın 1-də 7 milyard 717.2 milyon manat idi.

Yəni, əhalinin əmanətləri May ayı ərzində 116,1 milyon manat və ya 1,5% azalıb.

Qeyd edək ki, Aprel ayında da əhalinin əmanətləri azalmışdı.

Tarix mln. AZN
01.06.2015 7601.1
01.05.2015 7717.2
01.04.2015 7781.6
01.03.2015 7932.7
01.02.2015 7121.3
01.01.2015 7188.3
01.12.2014 7086.4
01.11.2014 7005.4
01.10.2014 6959.7
01.09.2014 6992.8
01.08.2014 6940.0
01.07.2014 6720.6
01.06.2014 6643.0
01.05.2014 6569.9
01.04.2014 6656.3
01.03.2014 6591.7
01.02.2014 6451.4
01.01.2014 6395.8

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar