Azərbaycanın döyüş helikopterləri cəbhə xəttində

Bu gün səhər saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş helikopterlərinin cəbhənin Füzuli rayonu istiqamətində uçuşları olub.

Oxu.az xəbər verir ki, yerli sakinlərin “AzeriDefence”yə verdiyi məlumatına görə, döyüş helikopterlərimiz cəbhə xətti yaxınlığında qrup halında ərazilərin üzərində uçuşlar həyata keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidməti “AzeriDefence”nin sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri mütəmadi olaraq planlı şəkildə cəbhəboyu uçuşlar həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar