Səudiyyə Rusiyaya 10 milyard dollar investisiya qoyacaq

Səudiyyə Ərəbistanının investisiya fondu, Rusiyaya 10 milyard dollar sərmayə qoyacaq. Müqavilə, iki ölkə arasında yaşanan yaxınlaşmaya işarə edir.

Rusiya Birbaşa İnvestisiya Fondu, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu ilə imzaladığı müqaviləyə görə, Rusiyaya indiyə qədərki ən böyük xarici birbaşa investisiya yatırılacaqdır.

Səudiyyənin Rusiya üçün ayırdığı 10 milyard dolar beş illik bir müddət ərzində infrastruktur, pərakəndə, logistika və kənd təsərrüfatına yönələn layihələrdə istifadə ediləcək.

Həmçinin Rusiyanın Birbaşa İnvestisiya Fondu, Səudiyyə Ərəbistanının Ümumi İnvestisiya İdarəsi ilə Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrində birgə investisiya qoymaq barədə razılığa gəliblər. /"marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar