Britaniyalı deputat Saakyanın səfərinə etiraz edir

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekman “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkili TEAS-ın sorğusuna cavabında “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubla müraciət etdiyini deyib.

B. Blekmanın etiraz məktubunda deyilir: "Hələ ötən həftə mənə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitab təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyanın “Chatham House”da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə, şoka düşdüm. Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi olaraq, “Chatham House” kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar