Tarixçi olmaq istəyən gənc taksi sürücüsünü öldürdü

Gecə törədilən qətlin üstünü polis bir neçə saata aça bilib.

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Hadisə Nabran qəsəbəsində 1983-cü il təvəllüdlü Famil Fərhad oğlu Məmmədov Qəsəbə ərazisindəki “Dostluq” istirahər mərkəzinin ərazisində bıçaqla qətlə yetirilib.

Adıçəkilən şəxs Nabran ərazisində taksi fəaliyyəti ilə ilə məşğul olub. F.Məmmədov gecə 3-4 radələrində naməlum bir şəxs tərəfindən bıçaqlanıb.

Xaçmaz Rayon Polis Şöbəsindən anspress-in şimal müxbirinə verilən məlumata görə, dərhal əməliyyat axtarış işlərinə başlanıb və saat 06 radələrində hadisəni törətməkdə şübhəli bilinən əslən Biləsuvardan olan, Sumqayıt Dövlət Universiteti “Tarix” fakültəsi 4-cü kurs tələbəsi Ramil Etibar oğlu Abbaslı həbs edilib.

Saxlanılan şəxs Xaçmaz Rayon Prokurorluğuna təhvil verilib.

İki nəfər arasında baş verən münaqişənin səbəbləri araşdırılır.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar