Rusiya-Çin əmtəə dövriyyəsi düşüb

Rusiya KİV-nin yaydığı məlumata görə, cari ilin yanvar-may ayları ərzində «BRİKS» ölkələr qrupu (buraya Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir) ilə Çin Xalq Respublikasının (ÇXR) əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu barədə çərşənbə axşamı (iyulun 7-i) ÇXR kommersiya nazirinin müavini Van Şouven bəyan edib (Rosbalt).

«Məni narahat edən odur ki, BRİKS ölkələrinin əksəriyyəti ilə bizim ticarət dövriyyəmiz azalıb. İlk 5 ay ərzində (2015-ci il - red.) Rusiya ilə ticarət dövriyyəmiz 32,0 faz, Braziliya ilə - 22,0 faiz, Cənubi Afrika Respublikası ilə - 29,0 faiz düşüb, Hindisanla 1,0 faiz yüksəlib»-deyə, «Qazeta.ru» çinli nazir müavinindən sitat gətirir.

O, ümid etdiyini bildirib ki, bu azalma müvəqqəti xarakter daşıyır.

Bundan əvvəl, Peterburq beynəlxalq iqtisadi forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin Çini «bir nomrəli» ticarət tərəfdaşı adlandırmışdı. Dövlət başçısı onu da bəyan etmişdi ki, Rusiya ilə ÇİN arasında əmtəə dövriyyəsi 200,0 milyad dollara qədər artacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar