XİN-dən Təbrizdə özünü asan şəxslə bağlı açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Təbrizdəki “Cahannamə” mehmanxanasında özünü asan şəxsin azərbaycanlı olduğunu təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu İranın aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib: “Hazırda Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımı dəstək və konsulluq yardımı göstərərək, Baş Konsulluq meyitə baxışın keçirilməsi, eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir”.

Xatırladaq ki, ötən gün Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında bir nəfərin meyitinin asılmış vəziyyətdə tapıldığı, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu barədə məlumat yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar