“Ukrayna marşrutuna alternativ yoxdur” - Poroşenko

poroshenko_91“Əminəm ki, təbii qazın Avropaya tranzitinə dair Ukrayna-Rusiya sazişinin müddəti 2019-cu ildən sonra uzadılacaq. Çünki Ukrayna marşrutuna alternativ yoxdur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

O qeyd edib ki, Ukraynadan yan keçən istənilən qaz nəqli layihələri mənasızdır.

P. Poroşenko həmçinin bildirib ki, ölkəsi Bolqarıstanla yeraltı qaz anbarlarının istifadəsinə dair danışıqlar aparacaq.

“Əgər anlaşa bilməsək, istisna deyil ki, Avropa üçün qazı Ukrayna-Rusiya sərhədində almalı olacağıq”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar