Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır

Rusiya rəhbərliyi Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq görür

Rusiyanın Cənub hərbi dairəsinin rəhbərliyi Ermənistandakı hərbi hissələrinin döyüş hazırlığının qəfil yoxlanmasına qərar verib.

Anspress-in məlumatına görə, yoxlama general-leytenant İqor Turçenyukun rəhbərlik etdiyi komissiya tərəfindən gerçəkləşdirilib. Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib ki, komissiya qəfil yoxlama ilə Erebunidəki aviasiya hissəsinin növbətçi qüvvələrinin döyüş hazırlığını yoxlayacaq.

Həmçinin Gümrü qarnizonundakı hərbi bazanın döyüş hazırlığına gətirilməsi üzrə tapşırıqların yerinə yetirilməsinə hazırlıq səviyyəsi öyrəniləcək.

Bazanın bölmələrinin qəfil qalx əmri ilə göstərilən rayonlara çıxması, daha son Kamhud və Alagöz dağ poliqonlarında təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki əməliyyat məsələləri müşahidə ediləcək.

Pilotsuz uçuş aparatı bölmələri çağdaş “Navodçik-2” kompleksinin vasitəsi ilə real vaxt recimində həyəcan əmri ilə hərəkətə keçmiş birləşmələr üzərində nəzarət edəcəklər. Cənub hərbi dairəsinin rəhbərliyi birləşmələrin döyüş hazırlığı səviyyəsini qiymətləndirəcək.

Böyük ehtimalla, bu, Ermənistanda 15 gündən çoxdur ki, davam edən etiraz aksiyaları ilə bağlıdır. Ermənistan polisi İrəvanda elektrik enercisi tariflərinin artmasına qarşı 14 gün davam edən “Talana yox” oturaq aksiyasını zorla dağıtdıqdan sonra etiraz edənlər yenidən Azadlıq meydanına yığılıblar. Görünür, Rusiya rəhbərliyi məsələnin dərinləşə biləcəyindən ehtiyat edir və Ermənistanda mümkün hakimiyyət dəyişikliyinə bəri başdan hazırlıq görür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar