Azərbaycan nazirləri Parisə hazırlaşırlar

İqtisadi Əməkdaşlıq üzrə Fransa-Azərbaycan hökumətlərarası komissiyasının Paris iclasına hazırlıq gedir.

"Turan"-ın məlumatına görə, bu barədə Xarici Ticarət, Turizmin Təşviqi və Xaricdəki Fransa vətəndaşlarının işləri üzrə nazir Matias Fekl (Matthias Fekl) Azərbaycana iki günlük səfəri çərçivəsində bildirib.

Bakıda nazir Azərbaycanın maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşlər keçirib.

Səfərdə naziri Fransanın işgüzar dairələrinin, xüsusən alternativ energetika sahəsində ixtisaslaşan ENGİE və Eiffage şirkətlərinin nümayəndələri müşayiət ediblər.

Görüşlər zamanı iqtisadiyyat, təhsil sahələrində, xüsusən yüksək texnologiyalar, energetika, kosmos sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.

Fransa tərəfi təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bir müddət əvvəl Bakıda Fransa litseyi açılıb və hazırda pilot Fransa-Azərbaycan Universitetinin yaradılması məsələsi həll olunur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 mlrd. 680 mln. dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar