ATƏT PA-da Azərbaycan deputatının hazırladığı qətnamə qəbul olunub

1atetErmənistan nümayəndə heyəti rəhbərinin “ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” qətnaməsinə təklif etdiyi dəyişikliklər dəstəklənməyib

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT Parlament Assambleyasının sessiyasında “ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə layihəsi qəbul olunub.

APA-nın məlumatına görə, layihə qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev tərəfindən hazırlanıb. ATƏT PA-nın bu gün keçirilən iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın layihəyə təklif etdiyi heç bir dəyişiklik dəstəklənməyib və layihəyə olduğu kimi qəbul edilib

Sənəddə ATƏT-in müxtəlif regionlarında, əsasən də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrdən narahatlıq ifadə olunur. Bildirilir ki, ATƏT regionundakı bu münaqişələr həmin ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirir, demokratik islahatları və bu ölkələrin dayanıqlı inkişafını çətinləşdirir, regional əməkdaşlıq və inkişafa mane olur. Qeyd olunur ki, Helsinki prinsiplərinə tam sadiqlik münaqişələrin sülh yolu ilə həllinə, silahlı münaqişələrin qarşısının alınmasına, ölkələr arasında münasibətlər zamanı qanunun aliliyinə hörmətlə yanaşılmasına, beynəlxalq və regional səviyyədə sülhün daha effektiv dəstəklənməsinə təkan verəcək.

ATƏT PA münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların müvafiq sənədlərini həyata keçirməsi və onlara əməl etməsinin vacibliyini qeyd edir, ATƏT-in müxtəlif regionlarında mövcud münaqişələrin siyasi həlli ilə bağlı dayanıqlı proqresin olmamasından təəssüflənir, münaqişələrin həllinin təşkilatın, o cümlədən “Helsinki+40” prosesinin bir nömrəli prioriteti olduğu vurğulanır.

Sənəd 19 maddədən ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar