Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

images_milli bank mmAzərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları iyul ayının 1-ə 8 mlrd. 520,2 mln. ABŞ dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, AMB-nin rəsmi valyuta ehtiyatları iyun ayında 1,1% və ya 89,4 mln. dollar artıb.

Beləliklə, uzunmüddətli azalmadan sonra artıq 3-ü aydır ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində artım müşahidə olunmaqdadır.

Xatırladaq ki, azalma tendensiyası 2014-cü ilin avqusta ayından etibarən başlayıb. Avqustadək valyuta ehtiyatları artım dinamikası nümayiş etdirərək 15 mlrd. 193,4 mln. dollaradək artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar