«Rusiya», «Rus» sözlərini işlətmək qadağan olunur! - Ukraynada

Xarici KİV-in yaydığı məlumata görə, Ukraynada müasir Rusiya Federasiyasını adlandırmaq məqsədilə «Rusiya», «Rus» sözlərini işlətmək qadağan oluna bilər. Uyğun təşəbbüslə «Radikal partiya»dan olan deputat Oksana Korçinskaya çıxış edib (Rosbalt).

«Ukraynanın tarixi adı və ondan törəyən adlandırma sözləri və ya Rusiya Federasiyasının sinonimi, belə adlarla müasir Rusiya Federasiyasını və ya onun ixtiyari hissəsini adlandırmağın qadağan olunması haqqında» Qanun layihəsi Ukrayna Ali Radasının saytında dərc olunub.

Sənədin mətninə əsasən, Ukraynanın tarixi ərazisinin adı altında «Rus» və ondan törəyən «Rusiya» adsözləri başa düşülür. Bu terminlərin dövlət hakimiyyəti strukturlarının rəsmi sənədlərində, vəzifəli şəxslərin dinləyici qarşısında çıxışlarında, Rusiya haqqında informasiya materiallarının hazırlanmasında, dərsliklərdə, reklamda, plakatlarda, sorğu materiallarında, ensiklopedik nəşrlərdə, elanlarda, yol nişanlarında, poçt göndərişlərində və digər sferalarda Rusiya Federasiyasının rəsmi adı göstərilərkən bu terminlərin istifadəsinin qadağan edilməsi təklif olunur.

Qanun dayihəsində deyilir ki, «Rusiya» və/və ya «Rus» adları - müasir Ukraynanın yerləşdiyi ərazilərin tarixi adlarıdır. Onların Rusiya Federasiyasının rəsmi sinonimi kimi işlədilməsi «Ukrayna vətəndaşlarında «Ukrayna dövlətçiliyinin müvəqqəti olması» barədə aqressiv xatırlatma effekti yaradır». Kiyev hesab edir ki, bu, Ukraynanın suverenliyinə qəsddən başqa bir şey deyil.

Qanunu pozanlar üçün 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar