Aİ İrana qarşı sanksiyaların dayandırılma müddətini iyulun 10-dək uzadıb

Avropa İttifaqı İrana qarşı sanksiyaların dayandırılma vaxtını danışıqların keçiriləcəyi tarixədək, yəni iyulun 10-dək uzadıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının məlumatında bildirilir.

Hazırda Vyanada İran və “altılıq” arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edir.

“İranın nüvə proqramına dair uzunmüddətli qərara nail olmaq məqsədilə aparılan danışıqlara daha çox vaxt ayırmaq üçün Aİ Şurası İrana qarşı 2013-cü il 24 noyabr tarixli Birgə Planla razılaşdırılmış sanksiyaların dayandırılma vaxtını iyulun 10-dək uzadıb”, deyə press-relizdə bildirilir .

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti danışıqlara daha çox vaxtın ayrılması üçün İrana qarşı sanksiyaların dayandırılma müddətini iyulun 10-dək uzadıb.

Xatırladaq ki, Vyanada İranla “altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və ABŞ) arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edir. Yekun sənədin iyunun 30-dək hazır olması nəzərdə tutulsa da, Vyanada keçirilən danışıqların növbəti raundunda tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzatmağa qərar veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar