Azərbaycanda Skype-ın işindəki fasilələrə kim səbəb olur?

Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Azərbaycanda Skype vasitəsilə danışıqlarda yaranmış məhdudiyyətlərdə əli olduğunu təkzib edib.

Xatırladaq ki, dünən bir sıra KİV-lər Azərbaycanın bəzi rayonlarında Skype xidmətinin bağlanması haqqında məlumat yayıblar. Daha sonra danışıqların XDMX tərəfindən eksperiment məqsədilə məhdudlaşdırıldığı haqqında məlumat yayılıb.

Bu gün XDMX Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyinin kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi haqqin.az saytının Skype-ın qəsdən bağlanması haqqında məlumatını təkzib edib.

Press-relizdə bu məlumatlar “həqiqətə uyğun olmayan və tamamilə uydurma” adlandırılıb.

Məlumatda qeyd edilir ki, XDMX yalnız dövlət orqanlarının İnternetdəki informasiya resursları şəbəkələrinin təhlükəsizliyini təmin edir və İnternetin təmin edilməsi və bu sahədə xidmətlərlə heç bir əlaqəsi yoxdur. Buna görə XDMX Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi “Skype” xidmətində və digər İnternet-resurslarda məhdudiyyətlər həyata keçirə bilməz.

“Bununla belə, qeyd etmək istəyirik ki, İnternetdə geniş istifadəçilər şəbəkəsi olan “Skype” proqram təminatında, həmçinin digər proqram təminatlarında proqram-aparat təminatında və ya şəbəkədə rabitə qurulmasında qısamüddətli problemlər yarana bilər. Lakin bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir”, deyə press-relizdə qeyd edilir.

Öz növbəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti Skype-da məhdudiyyətlər haqqında məlumatları təkzib edib.

Azərbaycan İnternet Forumunun rəhbəri, “Multimedia” QHT-nin rəhbəri Osman Gündüz Turan-a Skype-la bağlı vəziyyəti şərh edərkən dövlət orqanları tərəfindən xidmətin işinə qəsdən müdaxilə olmasına şübhə ilə yanaşıb.

“Biz Skype-ın bağlanması halları aşkar etməmişik. Ola bilər ki, kiminsə öz avadanlığı ilə bağlı problemləri və ya Skype-ın özünün proqram yenilənməsi ilə bağlı problemləri olub”, deyə o bildirib.

Bu zaman Gündüz səlahiyyəti olmayan XDMX-nin müdaxiləsini istisna etməyib.

Gündüzün fikrincə, Azərbaycanda texniki olaraq Skype-ı Delta Telecom şirkəti – magistral İnternet tədarükçüsü bağlaya bilər.

Gizli göstəriş Skype-ın bağlanmasına səbəb ola bilərmi? Bu suala ekspert mənfi cavab verib, belə ki, İnternetdə istənilən məhdudiyyət, hələ də Skype-ın bağlanması beynəlxalq qalmaqala səbəb olardı.

Skype-ın aid olduğu Microsoft şirkətinin Bakı nümayəndəliyindən bildiriblər ki, şərh verə bilməzlər, belə ki, Skype-da fasilələr qeydə almayıblar.

“Gün ərzində tanışlarımız Skype-ın işində fasilələr haqqında məlumatlarla bizə müraciət ediblər, amma biz özümüz heç bir problem aşkar etməmişik və buna görə vəziyyətlə bağlı hər-hansı şərh verə bilmərik”, deyə Microsoft şirkətinin nümayəndəliyindən bildiriblər.(Contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar