Fransa Rusiyaya 1.2 milyard avro təzminat ödəməyə hazırdır

Fransanın müdafiə naziri Jan iv Le Drian Vaşinqtonda Rusiyaya “Mistral” vertolyot daşıyan desant gəmilərinin verilməyəcəyini qəti şəkildə bəyan edib.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, nazir müqavilənin yerinə yetirilməməsi qarşılığında Fransanın Moskvaya 1.2 milyard avro təzminat ödəməyə hazır olduğunu da bildirib.

Fransa müdafiə naziri amerikanlara gəmiləri almağı təklif edib. Ancaq hələ ki, ABŞ müdafiə naziri Eşton Karterdən təklifə reaksiya gəlməyib.

Fransalı nazir bir daha bəyan edib ki, hərbi gəmilərin Rusiyaya verilməsindən imtina strateji xarakter daşıyıb və Moskvanın Ukrayna konfliktindəki rolu ilə bağlı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar