Jurnalist fəaliyyətinə görə təhdid olunduğunu deyir

“Turan Eli” qəzetinin və eyniadlı internet tv-nin sahibi Mətləb Həsənli məmur özbaşınalığı ilə bağlı çərşənbə axşamı RATİ-də mətbuat konfransı keçirib. “Turan Eli” internet tv 4 aydan çoxdur ki, fəaliyyətə başlayıb və elə bu zamandan da Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təzyiqlərinə məruz qalıb. Buna səbəb isə adı çəkilən tv-də icra başçısının özbaşınalıqları ilə bağlı yayılan video süjetlər olub. M.Həsənliyə tənqidlərə son qoymadığı halda barəsində tədbir görüləcəyi xəbərdarlığı edilib. Ona şəhəri, ölkəni tərk etmək təklifi olunub. Gəncə şəhər rəsmiləri M.Həsənlinin qohumlarının hansı idarələrdə işləməsi, övladlarının hansı məktəblərdə oxuması ilə maraqlanıblar. M.Həsənli şəhər rəsmilərinin bu addımlarını tənqidlərə son qoydurmaq cəhdi adlandırıb. Amma tv tənqidlərə son qoymayıb. O, 2006-cı ildən fəaliyyət göstərən “Tuarn Eli” qəzetinin 5 ay öncə bağlandığını nəzərə çatdırıb. M.Həsənlinin sözlərinə görə, bu il avqustun 16-da Gəncə icra başçısı keçirdiyi iclasda şəhər prokuroru və polis rəisinə jurnalisti susdurmaq göstərişini verib. Avqustun sonunda M.Həsənliyə qarşı cinayət məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi qaldırılıb. Buna səbəb kimi isə M.Həsənlinin Həcər Məmmədova adlı qadını döyməsi göstərilib. M.Həsənli bunu siyasi sifariş sayaraq əsas məqsədin tənqidlərin qabağını almaq olduğunu söyləyib. “Görünür, rəsmilər tənqiddən qorunmaq üçün jurnalistlərin zindana salınmasını ən optimal variant sayırlar, ona görə də buna əl atırlar”-deyə M.Həsənli qeyd edib.

Gəncə şəhər İcra Hakimiyyəti isə bu iddiaları təkzib edib. İcra hakimiyyətinin açıqlamasında bildirilib ki, Elmar Vəliyev heç bir zaman söz azadlığına qarşı çıxmamış, əksinə jurnalist fəaliyyətinə, söz azadlığına həmişə şərait yaratmış, obyektiv işə obyektiv qiymət vermiş və verməkdədir. "Bildirmək istərdik ki, bəzi saytlarda, o cümlədən turaneli.tv saytında bir neçə dəfə Gəncə şəhəri haqqında yalnış məlumatlar dərc olunmuş və həmin məlumatlar doğru informasiya ilə tərəfimizdən təkzib olunmuşdur."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar