40 il sonra Afrikada soyuqdan donacaqlar

Rus və yapon alimlərinin fikirincə, 2055-ci ildə Yer kürəsində yeni buz dövrü başlayacaq. Bu isə Günəş aktivliyinin aşağı düşməsi ilə əlaqələndirilir. Alimlər bildirirlər ki, temperatur tədricən aşağı düşəcək və bu da öz növbəsində kəskin şaxtalarla nəticələnəcək.

Alimlərin fikirinə görə, Günəşdəki aktivliyin azalması sayəsində onun üzündəki ləkələrin sayı da azalacaq. Belə ləkələrin azalmasına “Maunder minimumu”deyilir və hesab edilir ki, son 8000 il ərzində 18 dəfə bu cür minimum baş verib. Amma o da var ki, hər belə minimumlar buzlaq dövrlərini yaradan başlıca faktor da deyil.

Bəzi mütəxəsislər isə belə hesab edir ki, budəfəki soyuqların gücü o dərəcəyə çatacaq ki, buzlaşma Afrika tropiklərini də bürüyəcək.

Qeyd edək ki, indiyədək Yer kürəsində 15 buzlaq dövrü olub. Onların hər biri on min il çəkib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar