Türkiyədə yeni rüşvət əməliyyatı - VİDEO

Polis rüşvət almaqda günahlandırılan onlarla məmuru həbs edib.

Türkiyənin İstanbul şəhərində polis rüşvətə qarşı əməliyyat çərçivəsində 15-i məmur olan 30-a qədər insanı həbs edib. Anspress-in məlumatına görə, əmlakın və əhalinin qeydiyyata götürülməsi üzrə dövlət idarələrindən çalışan bu insanlar rüşvətlə qanunsuz əməliyyatlar həyata keçirməkdə günahlandırırlar.

Həbslər İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin iqtisadi cinayətlərə qarşı mübarizə bürosunun keçirdiyi reydlər nəticəsində gerçəkləşdirilib. Həbs olunanlar Haseki xəstəxanasına gətirilib. Lazımi tibbi müayinədən keçirildikdən sonra onlar dindirilmək üçün polis şöbəsinə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar