İstanbulda İŞİD-ə qarşı əməliyyat - 21 nəfər saxlanıldı

Bu gün səhər saatlarında İstanbul ilə eyni zamanlı olaraq 4 vilayətdə İŞİD üzvlərinə qarşı əməliyyat başladılıb.Avropa.info xəbər verir ki, həyata keçirilən əməliyyatlar zamanı İŞİD üzvü olmaqda ittiham olunan 3-ü xarici vətəndaş olmaqla 21 nəfər saxlanılıb.

İstanbul baş polis idarəsinin Terrorla Mübarizə Şöbəsinin əməliyyat qrupları tərəfindən Şanlıurfa, Mərsin və Kocaeli vilayətlərində, həmçinin İstanbulun 13 rayonunda əvvəlcədən müəyyən olunmuş 29 ünvanda axtarış aparılıb.

İstanbul polisindən əldə olunan məlumata görə saxlanılan şəxslər İŞİD üçün döyüşçü təmin etməkdə şübhəli bilinirlər.

Digər 3 xarici vətəndaşın isə İŞİD tərəfində döyüşmək üçün Suriyaya keçmək istədikləri bildirilir.

Axtarış zamanı 2 ov tüfəngi, çoxlu sayda mərmi, bir sıra sənədlər, rəqəmsal vasitələr və hərbi geyim aşkarlanaraq götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar