Müğənni Nazənin və Təranə Qumral arasında baş verən qalmaqal səngimək bilmir. “Qafqazinfo”nun məlumatına görə, müğənni Təranə Qumral məhkəmə prosesindən sonra sosial şəbəkədə paylaşım edib.
Müğənni qarşı tərəfə yazığı gəldiyini bildirib: “Mən hər zaman dəyərli, qürurluyam və sevilirəm, seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözü mənə baxanda qamaşırsa, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi.
T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı:"Ailəli kişi ilə nikahdasan. Orada tərbiyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da sənə verirəm. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. "Ərim" deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə, ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get ver. Onun sənəti yoxdur ki, sənət davası çəksin".
Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmədə araşdırma zamanı sübut olunub ki, həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibət var. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşına yazdığı mesajlar da üzə çıxarılıb.
Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.
Müğənnilər Təranə Qumral və Nazənin arasında 8 ay əvvəl Rövşanə Bektaşinin "Bazar səhəri" verilişində yaşanan insidentdə əsası qoyulan məhkəmə qalmaqalı başa çatıb. Nazəninin mətbuat katibi Tahirə Məmmədqızının ANS PRESS-ə verdiyi məlumata görə, məlum qalmaqaldan sonra tərəflər məhkəmədə görüşəsi olublar.
Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını həll etdiyi üçün qapalı şəraitdə keçirilib. Məhkəmə Təranə Qumralın böhtan və yalanlarının əsassız olduğunu sübut edib. Məhkəmənin Nazəninin xeyrinə qərar çıxarıb. Qərara əsasən Təranə Qumral qarşı tərəfə böhtan atdığı, şərəf və ləyaqətini təhqir etdiyi üçün 10 min manat mənəvi təzminat ödəməlidir.
Eyni zamanda məhkəmə araşdırması zamanı həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə münasibəti olduğu sübut olunub. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə SMS yazışmaları üzə çıxarılıb.
Xatırladaq ki, müğənnilər Təranə Qumral və Nazənin arasında ciddi insident yaşanmışdı. Təranə Qumral Nazəninin ünvanına səsləndirdiyi ittihamlardan sonra qarşı tərəf, yəni Nazənin canlı telefon bağlantısına qoşularaq Təranənın onun həyat yoldaşı ilə münasibətdə olduğunu bildirmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.