Cəmil Həsənli AXCP ilə Müsavatı barışdırmaq niyyətində deyil

“AXCP ilə Müsavat Partiyası arasındakı mövcud narazılığın aradan qaldırılması üçün heç bir cəhd olmayıb”. Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C.Həsənli bildirib ki, bu günlərdə həmin iki partiya arasında görüşün keçiriləcəyinə dair belə bir cəhdin olacağını düşünmür: “Lakin gələcəkdə bu cür təşəbbüs ola bilər”.

Həmin iki partiya arasında məlum narazılığın səngiməkdə olduğunu da deyən C.Həsənli qeyd edib ki, AXCP və Müsavat siyasi mühitdə aparıcı partiyalardır: "Bunların münasibətlərinin gərgin olan vaxtları da olub, əməkdaşlıq etdikləri vaxtlar da... Ona görə də bu məsələnin dramatikləşdirilməsinə ehtiyac yoxdur: “Siyasi proseslərlə bağlı məsələlərdə aparılan polemikalar şəxsi təhqir formasına keçməsi arzuolunan deyil. Əslində belə hallar tək Azərbaycanda baş vermir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar