Səfər Əbiyev Şəmkirdə niyə görünmədi?

 

Müdafiə Nazirliyindən açıqlama gəldi

Ölkə başçısı İlham Əliyevin Müdafiə Nazirliyinin Şəmkir Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanışlığı zamanı diqqət çəkən məqamlardan biri müdafiə naziri Səfər Əbiyevin gözə dəyməməsi oldu. Bu ona görə qeyri-adi hadisə sayılmalıdır ki, məsələn, İlham Əliyev hansısa qurumun gördüyü işlərlə tanış olarkən, oranın birinci şəxsi mütləq onun yanında olur.

Bu məktəb-bağça açılışında da, körpü-tunel tikintisi ilə tanışlıqda da, su xəttinin istismara verilməsində də belə olur. Amma nədənsə bu dəfə belə olmadı. Bu da müxtəlif mülahizələrə səbəb olub.

Şəmkir korpusunun komandiri Rövşən Əkbərovla Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlər ürəkaçan deyil. Rövşən Əkbərov həm Səfər Əbiyevlə, həm də baş qərargah rəisi Nəcməddin Sadıqovla yola getmir. Onların konflikti ilə bağlı dəfələrlə mətbuatda yazılıb. Mümkündür ki, İlham Əliyev generallar arasındakı münaqişəni nəzərə alaraq Səfər Əbiyevin orada görünməsini məqsədəuyğun saymayıb. Hər halda inandırıcı deyil ki, Səfər Əbiyev və yaxud Nəcməddin Sadıqov özləri bu səfərdən imtina edə. Bu onlar üçün ciddi başağrısına çevrilə bilərdi. Deməli, düşünmək olar ki, Səfər Əbiyev ora dəvət edilməyib.

Bu məsələ “Mediaforum” saytının da diqqətini cəlb edib. Sayt məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Xidmətin rəisi polkovnik Eldar Sabiroğlu bildirib ki, bunun müəmmalı heç bir səbəbi yoxdur: “Əgər qaşınmayan yerdən qan çıxarmaq istəyirsinizsə, bu başqa məsələdir. Cənab prezident, ali baş komandan Ilham Əliyev Şəmkirə səfər edərkən orada yerləşən ordu birləşməsinin qərargahını ziyarət edib. Ona görə də mən bununla bağlı başqa bir izah vermək səlahiyyətinə malik deyiləm və bunda bir problem də görmürəm”.

Mətbuat xidmətinin rəisi qeyd edib ki, nazir Səfər Əbiyev hazırda Azərbaycanda və iş başındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar