MİLLİ ŞURA YOLUNA İBRAHİMBƏYOVLA DAVAM EDƏCƏK - Fotolar - VİDEO

Əli Kərimli: "Böyük dəyişiklik qaçılmazdır"

Milli Şuranın sessiyası başlayıb. Sessiya dövlət himninin oxunması ilə açıq elan olunub. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli Şura sədri Cəmil Həsənli məlumat verib ki, sessiyanın işində üzvlərin 2/3-i iştirak edir. O,keçən sessiyalarla müqayisədə fəallığın yüksək olduğunu diqqətə çatdırıb və buna görə Şura üzvlərinə təşəkkürünü çatdırıb.

Hazırda Milli Şuranın 91 üzvü var, sessiyada onlardan 60-ı iştirak edir. Şura üzvlərindən 6 nəfəri hazırda həbsdədir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- İctimai-siyasi vəziyyət

- Milli Şuranın idarəetmə sturukturlarının təşkili

- Cari məsələlər.

Milli Şura üzvü Eldəniz Quliyev təklif edib ki, Rüstəm İbrahimbəyovun qurumun fəxri sədrliyindən istefa barədə müraciəti də müzakirə olunsun. E.Quliyev İbrahimbəyovun istefasının nəzərə alınmamasına və fəxri sədrlikdə qalmasına çağırıb.

O, eyni zamanda "müxalifət daxilində güclənən qovğaların dayandrıması ilə bağlı da" çağırış qəbul olunmasını təklif edib.

Mehriban Vəzir Rüstəm İbrahimbəyovun məsələsinin gündəliyə salınmasına etraz edib. Bildirib ki, geriyə qayıtmağa gərək yoxdur, yola qaldıqları yerdən davam etməlidirlər.

Milli Şura sədri Cəmil Həsənli təkliflərə reaksiyasında deyib ki, sessiya istənilən halda Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən gedib-getməməsi məsələsinə münasibətini bildirməlidir. İbrahimbəyov həmin müraciəti Müsavatın Milli Şurada yaratdığı gərginliyə görə yaymışdı və indi hansı qərarı vermək Milli Şuranın səlahiyyətindədir.

Gündəlik qəbul olunub və birinci məsələ kimi, ictimai-siyasi vəziyyətlə bağlı Milli Şura sədri Cəmil Həsənli məruzəyə başlayıb.

C.Həsənli əvvəlcə 2013-cü ili yekunlarını dəyərləndirib. Bildirib ki, ötən il də Qarabağın işğalda qalması ilə keçdi. Torpaqların azad olunması istiqamətində heç bir ciddi addım atılmadı. Əksinə bu xüsusda hamını sarsıdan bir hadisə baş verdi - Qarabağ qazisi Zaur Həsənov sosial ədalətsizliyə etiraz olaraq özünü yandırıb intihar etdi.

"Zaur Həsənovun özünə qiyması ölkədə hüququn, ədalətin yoxluğu ilə əlaqədardır. Qazimizin özünü yandıması göstərir ki, vətən topraqlarına və milli problemlərə həssas olmayan bir iqtidar iş başındadır", - deyə o qeyd edib.

C.Həsənli 2013-cü ili həm də Avropaya inetqrasiya istiqamətində itirilən il kimi dəyərləndirib.

Milli Şura sədri ötən ilki seçki saxtakarlığı və qiymət artımı barədə də danışıb və bu istiqamətlər üzrə hakimiyyəti tənqid edib. O, bildirib ki, Azərbaycan hakimiyyətinin fəaliyyəti əhalinin həyatını çətinləşdirməyə yönəlib.

Milli Şuranın təşkilatlanması barədə danışan C.Həsənli deyib ki, ötən müddətdə bu məsələ barədə xeyli müzakiərələr gedib, təkliflər səslənib. Sessiyalararası dövr üçün Şuranın idarə olunması ilə bağlı məsuliyyət daşıyan quruma ehtiyac var. O təklif edib ki, Şuraya daxil olan partiya və hərəkatlara hər biri bir nəfərlə həmin idarəetmə orqanında avtomatik təmsilçilik hüququ verilsin. İdarəetmə orqanının qalan üzvləri isə sessiyada səsvermə ilə seçilsin.

---

ACP sədri Sülhəddin Əkbər çıxışında hakimiyyətin böhranlı vəziyyətdə olduğunu, lakin cəmiyyətin də ürəkaçan durumda olmadığını qeyd edib və bildirib ki, belə məqamda ciddi təşkilatlanmaya ehtiyac var. O, Milli Şuranın Sədr Aparatı tərəfindən hazırlanan və sessiyaya təqdim olunan fəaliyyət planını ümumən müsbət qiymətləndirib. Bununla belə bəzi təkliflər də irəli sürüb. Bildirib ki, Milli Şura qarşısına ölkədə demokratik seçki mühitinin yaradılması kimi konkret məqsəd qoymalıdır. S.Əkbər Milli Şuranın idarə edilməsilə bağlı da bəzi təkliflər səsləndirib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Milli Şuranın strukturlarının formalaşdırılması ilə bağlı təkliflərlə çıxış edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı təşkilatlanma ilə bağlı təkliflərini verməklə yanaşı, əlavə edib ki, Milli Şura özü ilə bağlı yaranmış son vəziyyətə mütləq münasibət bildirməlidir. O, qeyd edib ki, çox yanlış olaraq, Milli Şuraya aid məsələni “Cəbhə-Müsavat” davası kimi təqdim edirlər.

Qəhrəmanlının fikrincə, Müsavat Partiyası "kənardan basılan düymənin hesabına" Milli Şuranı tərk edib. Bu məsələdə birbaşa hakimiyyət maraqlıdır. Hakimiyyət istəmir ki, Milli Şura kimi bir müxalif təmərküzləşmə mərkəzi olsun.

--

Milli Şuranın komissiya sədri Vidadi Mirkamal sessiyada üzvlərin əksəriyyətinin iştirak etdiyini və bunun da quruma diqqəti göstərdiyini bildirib. O, iclası “Stabilləşdırıcı sessiya” adlandırıb. Mirkamal həmçinin, qarşılıqlı ittihamları dayandırmağa çağırıb.

Publisist Mehriban Vəzir yerindən replika verərək, Fuad Qəhrəmanlının Müsavatla bağlı səsləndirdiyi fikirlərlə razı olmadığını deyib. Bildirib ki, Müsavatı Milli Şuradah hakimiyyətin apardığı fikrini qəbul etmir, belə bir ittiham AXCP-yə qarşı da olsaydı, onu da qəbul etməzdi. O, xahiş edib ki, mətbuatdə səslənən ittihamlar Milli Şurada yüksək səviyyəyə gətirilməsin.

Milli Şura üzvü İbrahim İbrahimli qurumun elan etdiyi hədəflər barədə danışıb və dolayısı ilə Müsavatın qurumdan çıxmaq üçün göstərdiyi səbəbləri əsassız adlandırıb. O, deyib ki, Milli Şura ətrafında gedən müzakiərələrdən həm narahat olmaq lazımdır, həm də yox. O baxımdan narahat olmaq lazımdır ki, problem var. Ona gör narahat olmaq lazım deyil ki, uzun müddətdir Azərbaycanda olmayan amil - ictimai rəy sosial şəbəkələr hesabına bərpa olunub və indi onun daha səviyyəli olmasına çalışmaq lazımdır. Bu olacaqsa siyasi münasibətlər də sağlam məcaraya düşəcək.

KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şura ilə bağlı təkliflərini verib. Deyib ki, strutuktur dəyişikliyi gedirsə, hətta qurumun adının da dəyişdirilməsi mümkündür və bu faciə deyil. O, eyni zamanda bildirib ki, Milli Şuradan gedənlər yaxşı olardı, bu məsələni əvvəlcə gəlib qurumun içində müzakirə edərdilər, sonra gedəydilər. KXCP sədri partiyasının bundan sonra da Milli Şurada təmsil olunacağını və onun gücləndirilməsinə çalışacağını qeyd edib.

VAMBP sədri Hacıbaba Əzimov prezident seçkisinin saxtlaşadırıldığını xatırladaraq deyib ki, Milli Şura ya İlham Əliyevin istefasını tələb etməli, ya da Konstitusiyanın gücündən ona qarşı istifadə etməlidir. O, Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə saxlanmasına qərar verməyi də təklif edib.

AXCP sədri Əli Kərimli çıxışına müəyyən şəxslərin Milli Şuradan getməsinə təəssüfünü bildirməklə başlayıb. Ardınca isə əlavə edib: “Lakin günün sualı belə olmalıdır: doğru bildiyimiz yolda hər dəfə kimlərsə bizi tərk edəcəksə, hansısa səbəbə görə yarıyolda qoyacaqsa, bu, hər dəfə seçimimizi təftiş etməyimizə əsas yaratmalıdırmı? Milli şuranın əsas missiyası dinc, demokratik dəyişiklər yol ilə avtoratarizimdən demokaryiyaya keçidi təmin etməkdir və bu istək növəbti dəfə cəmiyyətə bəyan edilməlidir”.

Əli Kərimli Milli Şuranın daxili təşkilatlanması ilə bağlı təklif eləyib ki, qurumun Koordinasiya Şurası formalaşsın və onun üzvləri heç kimə xüsusi imtiyaz tanınmadan, gizli səsvermə ilə seçilsin.

AXCP sədri bildirib ki, Milli Şura yaranmış vəziyyətdən tezliklə çıxacaq. O, ölkədə tezliklə böyük dəyişikliklərin olacağını anons edib və bu dəyişikliklərə məhz Milli Şura üzvlərinin imza atacağını deyib.

***

Müzakirələrdən sonra Milli Şura üzvləri qurumun keçmiş sədri Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən də istefa verdiyi haqda müraciətinə baxıblar. Müraciət səsverməyə qoyulub və qəbul edilməyib. Beləliklə, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri vəzifəsində saxlanılıb.

----

Milli Şuranın 19 nəfərdən ibarət Koordinasiya Şurasının yaradılmasına qərar verirlib. Hazırda qurumun üzvlərinin seçimi gedir.

Namizədlər bunlardır.

Rüstəm İbrahimbəyov

Cəmil Həsənli

Əli Kərimli

Mehriban Vəzir

Mehman Əliyev

Mirmahmud Mirəlioğlu

Fuad Ağayev

Leyla Yunus

Rafiq Manaflı

Mirvari Qəhrəmanlı

Eldəniz Quliyev

İbrahim İbrahimli

Kamil Vəli Nərimanoğlu

Hacıbaba Əzimov

Nurəddin Mustafayev

Vidadi Mirkamal

Gültəkin Hacıbəyli

Rövşən Əhmədli

Namizəd Səfərov

Bir nəfər NİDA-dan.

Eldar Namaov və Sülhəddin Əkbər rəhbərlik etdikləri təşkilatlarda quruculuq işlərinin çoxluğu ilə əlaqədar vaxtlarının məhdud olduğunu əsas gətirərək, namizədliklərini geri götürüblər.

Səsvermənin nəticəsində Mehriban Vəzirdən başqa, namizədliyi irəli sürülənlərin hamısı yeni yaradılan quruma üzv seçilib. Bununla belə elan olunub ki, quruma üzv seçkisi gələcəkdə də davam edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar