Mübariz Mənsimovun ailəsində 3 milyardlıq dava - Qalmaqal/Foto

Mənsimovanın ərindən Azərbaycanda sahibi olduğu jurnalınin redaktoru Ülviyyə Qasımova ilə yaşadığı üçün ayrıldığı bildirilir

Məşhur milyarderin xanımı qarajından iki lüks avtomobili aldırdığı üçün Mənsimovdan şikayət edib

Türkiyə vətəndaşı olan məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun ailəsi dağılır.

Bu barədə Türkiyənin haber7.com portalı yazıb. Bildirilir ki, Türkiyə vətəndaşı olan Mübariz Qurban oğlu Mənsimov ona qarşı boşanma iddiası qaldıran həyat yoldaşı ilə savaşa girib.

Xəbərdə deyilir: “Forbes” jurnalının dünyanın ən zənginləri siyahısında yer alan Mənsimov 13 il əvvəl ailə qurduğu Tamara Qurbanoğlu (əslində Mənsimovun xanımı Tamara Mənsimova ad-soyadını daşıyır-red) ilə dünya evinə girdi. 13, 9 və 2 yaşlarında 3 uşaqları olan cütlüyün xoşbəxtliyinə kölgə düşdü.

Cütlüyün evlilik həyatı iş adamının Azərbaycanda sahibi olduğu jurnalın U.G. adlı redaktoru ilə yaşadığı iddia edilən əlaqə üzündən alt-üst oldu. Tamara Mənsimova boşanma davası açdı. Ərinin 6 milyard dollarlıq sərvətinin yarısını tələb etdi. Əri ilə nigahdan kənar münasibətlər yaşayan U.G. haqqında isə 1 milyon lirəlik təzminat iddiası qaldırdı. 3 milyard dollarlıq boşanma davası davam edərkən iş adamı ilginc bir həmlə etdi.

Mübariz Mənsimovun vəkili 2 polisin müşaiyəti ilə Tamara Qurbanoğlunun oturduğu Beşiktaşdakı lüks villaya getdi. Qarajda olan “Bentley” və “Audi” markalı 2 avtomobili alaraq evdən ayrıldı.

Bu hadisəni vəkilinə bildirən Tamara Mənsimova axtarış qərarı, prokuror əmri və ya məhkəmə qərarı olmadan belə addımın atılmasının qanunsuz olduğunu öyrəndi. Ərinin vəkili və 2 polis məmuru haqqında cinayət ittihamı ilə şikayət ərizəsi yazdı. Tamara xanım İstanbulun Etiler polis şöbəsinin O.S. və Y.T. adlı əməkdaşlarının cinayət işlədiklərini iddia etdi”

Belə məlum olur ki, Mübariz Mənsimovun xanımı onun sevgilisindən hələ ötən il məhkəməyə şikayət veribmiş. Türkiyə mətbuatının xəbərlərinə görə, Tamara Mənsimova ərinin sevgilisi Ülviyyə Qasımovanın onu narahat etdiyini əsas gətirərək məhkəməyə şikayət verib. Məhkəmə iddiasında o, Ülviyyə Qasımovadan 1 milyon TL təzminat tələb edib. İstanbul 1-ci Ailə Məhkəməsi dekabrın ortalarında bu işə baxıb və Ü.Qasımovanın T.Mənsimovanın ailə həyatına qarışmasına qadağa qoyub.

Lakin belə görünür ki, milyarderin ailəsində yaşanan problemlər bununla bitməyib. Mübariz Mənsimovun xanımı artıq ondan boşanmaq istəyir və 3 milyard dollar təzminat tələb edir. Mənsimov isə hazırda ayrı yaşadıqları xanımından onun lüks avtomobillərini müsadirə etməklə qisas alır. Lakin qadın ərinin bu hərəkətindən də şikayət edib və münaqişə böyüyüb (Virtualaz.org ).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar