Rüstəm İbrahimbəyov Londona getməkdən imtina edib

“Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim"

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib. AzNews.az-ın əməkdaşı MŞ sədrinin London səfərinə qatılmaqdan imtina etməsinin səbəblərini öyrənmək üçün onunla əlaqə saxlayıb. İbrahimbəyov bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”. Qeyd edək ki, MŞ rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə oradakı görüşlərdə iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar