AZAL QİYMƏTLƏRİ KƏSKİN AZALDIR? - Rəsmi açıqlama
AZAL qiymətləri azaldıb. Turizm şirkətlərindən aznews.az-a daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.
Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.
"Marja"nın məlumatna görə isə, artıq AZAL-ın saytının da fəaliyyəti müvəqqəti dayandırılıb və saytın yeni qiymətlərlə işə düşəcəyi gözlənilir.
Digər məlumata görə, hal-hazırda aviakassalar da fəaliyyətlərini müvəqqəti dayandırıb və yeni qiymətlərin açıqlanmasını gözləyirlər
Qeyd edilib ki, məhz AZAL-ın qiymətlərinin yüksək olması səbəbindən ölkə vətəndaşlarının böyük hissəsi xaricə səyahət edərkən qonşu Gürcüstandan uçmağa üstünlük verirlər. Dövlət başçısı uçuş qiymətlərinin aşağı salınması barədə tapşırıqlar da verib.
Xaricə turizm səyahətlərinin təşkili ilə məşğul olan "Dərviş travel" şirkətindən fins.az-a bildirilib ki, AZAL qiymətləri ikiqat azaltmalıdır. Belə ki, hazırda AZAL-ın təşkil etdiyi Bakı-Barcelona reysində qiymət 650 manatdan başlayır. "Wizzair" şirkətinin təşkil etdiyi Tiflis-Barcelona reysində isə qiymət cəmi 200 avrodur (230 manat). Bakı-London reysində qiymətlərin 470 manatdan başlandığı deyilsə də əslində 600 manatdan aşağı qiymətə bilet tapmaq çətindir. Halbuki Tiflisdən Londona uçmaq üçün 250-300 avro (285-345 manat) kifayət edir. Hətta gündə 5 uçuşun həyata keçirildiyi Moskva istiqamətində də AZAL-ın biletləri Tiflisdən 2 dəfə bahadır. Belə ki, Azərbaycan paytaxtından Moskvaya uçmaq (iki tərəfə) 450 manata başa gəldiyi halda Tiflisdən Moskvaya təyyarə reysi cəmi 220 avro və ya 250 manatdır. Şirkətin direktoru Nadir Nadirov deyir ki, Azal qiymətləri ikiqat azaltsa yerli vətəndaşlar Tiflisdəki hava yollarını yox, Azərbaycan hava yollarını seçərlər. Bundan başqa, N.Nadirovun fikrincə, rəqabəin artması və qiymətlərin enməsi üçün bazara başqa aviaşirkətlərin də buraxılması lazımdır.
"Travel Case" şirkəti də AZAL-ın uçuş qiymətlərinin xarici analoqları ilə müqayisədə yüksək olduğunu bildirir. Belə ki, hazırda ən populyar istiqamət olan Bakı-Antaliya reysində AZAL-ın qiymətləri 550 manatdan başlayır. Tiflisdən təşkil edilən Tiflis-Antaliya reysində isə uçuş 150 avroyadır (təqribən 175 manat). İtaliyanın əsas şəhərlərindən olan Milana uçuş AZAL-ın təşkil etdiyi Bakı-Milan reysində 500 manatdır. Air İtalia şirkətinin həyata keçirdiyi Tiflis-Milan uçuşlarında isə qiymətlər 210 avrodur (240 manat). "Travel case" şirkətinin rəhbəri Elşən Yaqubovun fikrincə, AZAL müştəriləri cəlb etmək üçün uçuş qiymətlərini təqribən 250-300 manat azaltmalıdır. Yalnız bu halda yerli əhali bu şirkətlə uçmağa üstünlük verə bilər.
"Regea travel" şirkəti isə AZAL-ın qiymətlərinin müqayisəsi üçün Avropaya uçuşları misal göstərir. Belə ki, Gürcüstanın Kutaisi şəhərindən Avropanın istənilən uçuş olan ölkəsinə 89 avroya uçmaq mümkündür. Azərbaycandan isə qiymətlər 480 manatdan başlayır. Digər istiqamətlərdə də fərqlər böyükdür. Məsələn, Bakı-Roma uçuşu üçün qiymətlər 691 manatdır, Roma- Tiflis istiqamətində isə bu qiymət 441 manat təşkil edir. Şirkətin icraçı direktoru Maya Nağıyevanın fikrincə isə AZAL indiki bilet qiymətləri ən azı 200 manat endirsə əhali səyahət üçün Tiflisə getməz. Həmçinin aviaşirkətlərində sayı artsa rəqabət artacaq və qiymətlərdə dəyişiklik olacaq.
Vaqif
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.