16 MİLYARDLIQ OLİMPİYA XARABALIQLARI - Fotosessiya

2004-cü il Olimpiya oyunlarından qalan yalnız bunlar oldu

Yunanıstan - Olimpiya oyunlarının vətənidir. Bu yarışların tarixi öz kökləri ilə demək olar, 3 min il keçmişə gedib çıxır. Amma qədim Elladadan fərqli olaraq, Olimpiyada keçirmək üçün müasir yunanların əsasları xeyli kasaddır.

2004-cü ildə Afinada 28-ci Olimpiya oyunları baş tutdu. 11 il sonra isə idman qurğuları, Olimpiya kəndi ilə birlikdə gerçək xarabalığa çevrilib.

Olimpiyadaya hazırlıq Yunanıstan hökumətinə «qəpik-quruş»a başa gəlib. Bəzi məlumatlara görə, bu oyunlara hazırlığın toplam məsrəfi 16 milyard dollar təşkil edib. Xərclərin əsas hissəsi vergi ödəyicilərinin çiyninə yükləndi. Çünki investorlar məhdud profilli idman qurğularının inşasına pul yatırmağa tələsmirdilər.

Aradan bircə onillik keçib və həmin supermüasir idman qurğuları indi lazımsız nəsnəyə çevrilib. İndi burada «kabus-şəhər» haqqında film çəkmək olar. Böyük pullar faktiki olaraq, havaya sovruldu. Afina Olimpiyadasının kədərli nümunəsi indi Olimpiya oyunları keçirmək istəyən ölkələrin həvəsini soyudur, müasir dövrün böyük idman oyunlarını keçirmiş ölkələri isə düşünməyə məcbur edir.

Fikrimizcə, bu barədə ciddi düşünməli olanlardan biri də elə biz azərbaycanlılarıq…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar