Saakaşvili hasarları dağıtdı – VİDEO

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili şəhər çimərliklərini "zəbt" edən, hasarlar çəkərək, "özəlləşdirən" iş adamlarına qarşı mübarizəsini davam etdirir.

Milli.az bildirir ki, Mixail Saakaşvili dünən Odessa milisi, Fövqəladə Hallar Xidmətinin əməkdaşları ilə birlikdə Ukrayna Regionlar Partiyasının sabiq funksioneri, milyonçu Vasili Xmelnitskinin "Delfin" çimərliyindəki pansionatına yollanıb. "Zelyonıy Bereq" adlı bu pansionat "Delfin" və "Çkalov" çimərlikləri arasındakı ərazini tam qəsb etmiş, dəniz sahilini hasarlamışdı.

M.Saakaşvilinin göstərişi ilə fəhlələr buldozerlə çimərlikdəki hasarı dağıdıblar.

"Buradakı bəzi adamlar çimərliklərə hasarlar çəkir, divarlar hörürlər. Həmin hasarların, divarların hamısı uçurulacaq. Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur", - M.Saakaşvili deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar