İRAN SÖVDƏLƏŞMƏSİ: RUSİYAYA QARIŞIQ TƏSİRLƏRİ – “Moskvanın imici yüksəldi, amma neft düşəcək”

İranla bağlanmış mühüm müqavilə Moskva üçün diplomatik stimul rolunu oynayır. Bir tərfdən Rusiya İranla olan ticarət dövriyyəsini artırmağa ümid bəsləyirsə, digər tərəfdən isə İranın dünya bazarına çıxaracağı neft və qazın onların bu sahədəki gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərəcəyindən ehtiyatlanırlar.

Məlumdur ki, İran 5+1 qrupu – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çin ilə nüvə proqramının məhdudlaşdırılmasına dair razılaşma əldə edib. Həmin müqavilədə İranın üzərinə qoyulmuş beynəlxalq iqtisadi sanksiyaların tədricən götürülməsi də nəzərdə tutulur. İranın müttəfiqi kimi Moskva belə bir müqavilənin bağlanmasında və hazırlanmasında mühüm rol oynayıb. Ekspertlər hesab edirlər ki, bu cür sövdələməyə yardım etdiyinə görə, Moskvanın Ukrayna böhranı nəticəsində korlanmış beynəlxalq imici yüksələcək. Beləki, ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə bu məsələdəki yardımına görə xüsusi minnətdarlığını bildirib. Rusiyanın postsovet respublikalarına müdaxiləsi nəticəsində bir-biriləri ilə toqquşan iki liderin xoş məram nümayiş etdirmələri son vaxtların nadir hadisələrindən biri sayılmalıdır.

Rusiya Dövlət Humanitar Universitetinin şərqşünas alimi Sergey Sereqiçev məsələ ilə bağlı deyib: ”Rusiyanın bu sövdələşmədəki ən böyük nailiyyəti, onun beynəlxalq prestijinin yüksəlməsidir. Kim İranı ABŞ ilə sövdələşməyə getməyə inandırdı? Rusiya. Rusiyasız bu saziş baş tutmayacaqdı”.

İran üzərindən sanksiyalar götürüldükdən sonra isə, Ukrayna böhranı fonunda Qərbin sanksiyalarından əzəyyət çəkən Rusiya İran ilə enerji və nəqliyyat kimi aparıcı sektorlarda gəlirli müqavilələr imzalamaq imkanı əldə edə biləcək.

Rusiya Siyasi Araşdırmalar Mərkəzinin nüvə silahının yayılmaması proqramı direktoru Andrey Bakilitski bilidirir: ”İran sanksiyalar nəticəsində ziyan görmüş sektorlarını inkişaf etdirməlidir. Bunun üçün xarici şirkətlər və sərmayə gərəkdir və Rusiya Dəmir Yolları şirkəti, həmçinin də “Lukoil” belə bir rolun öhdəsindən gələ bilər”.

“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov hələ bu ilin aprel ayında bildirmişdi ki, onlar İran üzərindən sanksiyalar götürüldükdən sonra təcili surətdə oraya qayıtmağa hazırdırlar. Ekspertlərin fikrinə görə, Rusiya İranın mülki atom enerjisi sahəsinin inkişaf etdirilməsində aparıcı rol oynayacaq. Kreml bəyan edib ki, İranın 5+1 ölkələri çərçivəsində bağladığı müqavilə, nüvə enerjisi üzrə geniş miqyaslı əməkdaşlıq üçün yeni perspektivlər açır.

Rusiyanın atom enerjisi üzrə “Rosatom” dövlət şirkəti Buşer şəhəri yaxınlığında atom elektrik stansiyasının tikilməsinə yardım göstərib və onlar İranda bundan sonra da yeni reaktorların inşasına hazırdırlar.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov nüvə proqramı üzrə aparılan danışıqlar zamanı, İrana qarşı qoyulmuş silah satışı embarqosunun təcili götürülməsinə çağırmışdı. Müqaviləyə əsasən İrana silah satışı embarqosunun yalnız beş ildən sonra qaldırılacağına baxmayaraq, Lavrov silah satışını BMT Təhlükəsizlik Şurasının icazəsi ilə həyata keçirməyin mümkün olduğunu vurğulayıb.

Bu ilin aprel ayında Rusiya ”S-300” raketlərinin İrana satılmasına özü tərəfindən qoyduğu qadağanı götürmüşdü. Keçən ay isə Kremldən bildirilmişdi ki, Tehran və Moskva Hava Hücumundan Müdafiə sistemlərinin İrana çatdırılması məsələsində razılaşıblar. Ancaq İranın nüvə proqramı ilə bağlı imzaladığı müqavilənin, raket satışı məsələsinə necə təsir edəcəyi isə izahsız qalıb.

Məsələ barəsində Sergey Serqiçev deyib: ”İranın nüvə və silah sektoru uğrunda sərt rəqabət olacaq. Mən hesab edirəm ki, Rusiya ilkin olaraq enerji sahəsinə can atacaq. Çünki o bu istiqamətdə beynəlxalq tərcübəyə malikdir”

Ancaq İranın qlobal neft bazarına qayıtması, Rusiyaya bu ölkə ilə bağlayacağı müqavilələrdən götürdüyü gəlirlərdən daha çox ziyan vura bilər. Ekspertlər xəbərdarlıqla deyirlər ki, Avropaya neft satışı məsələsində İran Rusiyanı sıxışdıra bilər. Bəllidir ki, 2014-cü ilin iyunundan 2015-ci ilin yanvarına qədər olan müddətdə neftin qiymətinin aşağı düşməsi Rusiyada iqtisadi geriliyə və dövlət büdcəsinin kəsilməsinə yol açıb.

ABŞ-ın “Goldman Sachs” bankı hesab edir ki, bağlanmış indiki müqavilə BMT Təhlükəsizlik Şurasında, Amerika konqresində və İran parlamentində təsdiq olunduqdan sonra, İran dünya enerji bazarına qayıdacaq və nəticədə isə neftin qiyməti aşağı yuvarlanacaq. Digər mütəxəssislər isə neftin qiymətinin çox güclü düşməyəcəyini söyləyirlər. Onların fikrinə görə OPEK karelinə daxil olan İranın marağı dünya neft bazarının normal funksiya göstərməsindən ibarətdir. Həm də ki, İran neft bazarına gələn ildən tez olaraq qoşulmayacaq. (Business İnsider)

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar