BEYNƏLXALQ BANKIN YENİ SƏDRİ  MƏLUM OLDU - Elmar Məmmədov kimdir?

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib.Müşahidə Şurasının iclasında İdarə heyətinə sədr seçilməsi və İdarə heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib. "Report"un məlumatına görə, İdarə Heyəti sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının idarə heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankın Baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın idarə heyətinin sədrinin müavini və baş maliyyə direktoru Hacıyev Rəşad Tofiq oğlu vəzifəsindən istefa verib.

Elmar Məmmədov kimdir?

[caption id="attachment_137881" align="alignleft" width="300"]

Elmar Məmmədov[/caption]

Elmar Məmmədov 1969-cu ildə Bakıda doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. O, 1995-2004-cü illərdə “Azərbaycan Beynəlxalq Bankı”nın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankın İdarə Heyətinin sədr müavini, 2009-cu ildən isə sədri olub. “Azər-Türk Bank”ın səhmdarlarının 2014-cü ildə keçirilmiş növbədənkənar ümumi yığıncağında isə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib. “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar