Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib - FOTOSESSİYA

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan mətbuatının keçdiyi yola həsr olunmuş filmin nümayişindən sonra prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş jurnalistlərə fəxri adların və medalların təltif olunması mərasimi keçirilib.

Mükafatları Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Daha sonra isə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) I Avropa Oyunlarının ən geniş işıqlandırılması ilə bağlı elan etdiyi müsabiqənin qalibləri açıqlanıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov isə “UBM Group” şirkəti tərəfindən Bakı-2015 Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə mükafatla təltif edilib. Ə.Həsənov həm də “PAŞA Bank”ın Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə xüsusi mükafatına layiq görülüb. “UBM Group” şirkəti tərəfindən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev və şöbənin əməkdaşı Ceyran Əmiraslanovaya da Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətinə görə mükafat təqdim edilib.

Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının təqdim olunması mərasimindən sonra isə KİV DF-nin jurnalistlər üçün təşkil etdiyi fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb və “Bakcell” şirkətinin jurnalistlər üçün xüsusi bayram hədiyyələri təqdim olunub.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar