Həmsədrlər bəyanat yaydılar

“İrəvan və Bakı səfərimiz zamanı, keçirilmiş yüksək-səviyyəli görüşlər barədə danışmışıq, hər iki prezidentlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar üçün cari təklifləri müzakirə etmişik". ANS PRESS-in məlumatına görə ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistana səfərindən sonra verdiyi bəyanatda belə deyilir.

İlham Əliyev və Serj Sarqsyan arasında görüş sonuncu dəfə 2014-cü ilin oktyabrında Parisdə baş tutub.

İlham Əliyev, Fransua Olland, Serj Sarqsyan - Paris, 2014-cü il

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin Azərbaycana səfəri iyulun 22-də başlayıb. Daha əvvəl həmsədrlər Ermənistanda olublar.

İyulun 23-də isə həmsədrləri Prezident İlham Əliyev qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bakıda mətbuat konfransı keçirən amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair sülhün Azərbaycanın xeyrinə əldə olunacağı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar