Dünyanı dinləyən kəşfiyyat: MTA barədə nə bilirik?

ABŞ prezidenti Barak Obama ölkənin Milli Təhlükəsizlik Agentliyinin bundan sonrakı əsas vəzifələrini müəyyənləşdirən reformaların nədən ibarət olacağını açıqlayıb. Ən maraqlı məqamlardan biri odur ki, Obama təhlükəsizlik orqanlarına ABŞ-a dost olan ölkə liderlərini izləməyi qadağan edib.

Ağ Evdəki mənbələrdən əldə edilən məlumata görə, “izləmə qadağası” təxminən 10-dan artıq ölkəyə şamil olunacaq. Sadə vətəndaşların izlənməsi məsələsinə toxunan Amerika prezidenti bildirib ki, bu, yalnız məhkəmədən yazılı icazə alınandan sonra həyata keçiriə bilər.

Bəs bu sözü gedən təhlükəsizlik orqanı haqqında ümumi şəkildə nələri bilirik. Haqlı olaraq deyə bilərik ki, bu orqanın əməkdaşı Edvard Snoudenin etiraf dolu məlumatları üzə çıxmasaydı, yəqin ki, dünya ictimaiyyəti həmin təşkilat barəsində bu qədər maraqlanmayacaqdı.

ABŞ Milli Təhlükəsizlik Agentliyi (orjinal adı- National Security Agency) kəşfiyyat məlumatları əldə edən agentlikər içərisində ən böyük təşkilat kimi tanınır. MTA 1952-ci ildə qurulub. Ştab qərərgahı Merilend ştatının Ford-Mid şəhərində yerləşir və budcəsi ilə personalının sayı barədə məlumatlar nə qədər məxfi olsa da, bu orqan üçün il ərzində 8 milyard dollar xərcləndiyi və 38 min personalın çalışdığı deylir. Bu təşkilat ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir.

ABŞ-da təhlükəsizlik məsələləri ilə məşğul olan 16 təşkilat fəaliyyət göstərir. Məşhur Mərkəzi Kəşfiyyat İdarəsindən (CİA) başqa, hamısı 1981-ci ildə yaradılmış ABŞ Təhqiqat Birliyiyi vasitəsilə Milli Kəşfiyyat Direktoruna tabedirlər. MTA-nın əsas işi ABŞ-ı radioelektron və informasiya təhlükələrindən qorumaq, elektron kəşfiyyat, kriptoqrafiya (gizli şifrə) sayılır. Bunlardan başqa isə MTA “PRİSM” adlanan xüsusi kəşfiyyat proqramının və qlobal “Eşelon” gizli sisteminin əsas operatoru da hesab olunur. Başqa yandan isə MTA-nın kriptoqrafik standartları özündə birləşdirən DES, Dual EC DRBG proqramlarına müdaxilə etmək imkanları da var. Həmin bu kriptoqrafik mürəkkəb sistemlər bank məlumatlarının məxfiliyi üçün tərtib olunublar. Təşkilatın yerləşdiyi 263 hektarlıq geniş bir ərazi ətrafdan tam şəkildə izolyasiya olunub. Orada çalışan insanların həyat fəaliyyətlərini ətrafla ciddi əlaqə qurmadan sürdürməsi üçün lazım olan bütün şərait yaradılıb. Bu mərkəz özünün elektrostansiyası, polisi, yanğınsöndürmə briqadası, məktəbi, uşaq baxçası və digər ehtiyacları da qarşılaya biləcək şəkildə qurulub. MKİ binası o qədər böyükdür ki, oraya ABŞ Konqresi olan Kapitoli kimi dörd binanın yerləşdirilməsi belə mümkün sayılır. Bu binanın yaxınlığında 18 min avtomobilin park edilməsi üçün nəzərdə tutulan meydança da var. Həmin ərazi çox ciddi qorunur və oraya öz əməkdaşlarından başqa, heç bir kənar şəxs buraxılmır. İndiyədək əldə edilən elektron informasiyaların yığılıb saxlanılması məkanı azlıq etdiyindən, gələcək materiallar üçün MTA artıq yeni, daha geniş məkana ehtiyac duyur. Ona görə də, hal-hazırda Yuta Ştatında məlumatların saxlanılması üçün 100 kvadrat kilometlik ərazisi olan xüsusi data-mərkəz tikilir. Bu mərkəz 2 milyard dollara başa gələcək. Son məlumatlara görə burada ümumi yaddaş gücü 5 zetabayt olan kompyuter informasiyaları saxlanılacaq. Bu güc hal-hazırda dünyadakı bütün kompyuterlərin birlikdəki yaddaşından beş dəfə çoxdur. MTA ABŞ-ın digər böyük kəşfiyyat orqanları olan FBİ, CİA və həmçinin Pentaqonun sifarişlərini operativ olaraq yerinə yetirir.

Bu tip anoloji kəşfiyyat seqmentində fəaliyyət göstərən İngiltərənin “Hökumət Əlaqələri Mərkəzi” (Government Communication Headquarters ) adlı təşkilatı MTA ilə çox yaxın və sıx əlaqələr qurub və bir-birlərinə hərtərəfli formada yardımlar da göstərirlər. Təhlukəsizliyin yüksək səviyyədə təmin olunması üçün Google, Yahoo, Facebook, You Tube, Skype, AOL, Apple, Paltalk kimi nəhəng şirkətlər Amerikan hökuməti ilə razılığa gəliblər ki, onlar öz serverlərindən istifadə etmək üçün MTA-ya bütün lazımı yardımları etsinlər. ABŞ hökuməti yaxşı anlayır ki, elmi- texniki tərəqqinin inkişafı ilbəil öz sürətini daha da artıraraq yeni inkişaf mərhələlərinə çatır. Elə bu səbəbdən də, ABŞ dövləti texniki inkişafın yarada biləcəyi imkanların masştabını genişləndirmək üçün Milli Təhlükəsizlik Agentliyi kimi quruluşları daima yüksək səviyyədə istənilən təchizat və maliyyə ilə təmin edir.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar