CƏBHƏDƏ AĞIR DÖYÜŞLƏR GEDİB - 5 erməni hərbçisi öldürülüb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyini verdiyi məlumata görə, bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.

Düşmənin qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir.

***

Bu gün Gədəbəy rayonunun cəbhə xəttində bütün gün boyunca Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sərt döyüşlər gedib. AzNews.az xəbər verir ki, bu barədə yerli sakinlər haqqin.az-a məlumat veriblər.

Məlumata görə, döyüşlər zamanı iri çapl silahlardan, artilleriya, minaatanlar və hətta hərbi vertolyotlardan istifadə olunub.

Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir.

Hazırda cəbhə xəttində döyüşlər davam edirlər. Azərbaycan Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttində sözügedən istiqamətdə sərt döyüşlərin getdiyi barədə informasiyaları təsdiqləyiblər.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar