RUSİYA UZUNMÜDDƏTLİ TƏNƏZZÜLƏ HAZIRLAŞIR! – Neft, Putinin nikbin vədləri alt-üst edir

Dünya bazarında qiymətlərin son konyukturasına görə, xam neftin qiymətindən asılı olan Rusiyadakı hazırkı tənəzzül, gələn ildə də davam edərək, bu ölkə üçün son iyirmi ilin ən uzunmüddətli iqtisadi geriləməsi olacaq. Rusiyanın 2009-cu ildəki iqtisadi geriləməsi neftin qiymətinin yüksəlməsi ilə dayanmışdı. Ancaq 2015-ci ilin aprel ayından sonra nisbətən yüksələn neft qiymətləri öz yerində saydıqdan sonra yenidən aşağıya yuvarlanmağa başlayıb. Belə olan vəziyyətdə isə iqtisadiyyatın 2016-cı ildə yüksəlişə keçəcəyi barəsində hökumətin söylədiyi sözlər tamamilə şübhə altına düşür. Nəticədə isə baş verənlər büdcəyə olan təzyiqləri artırmaqla, son beş ilin ən böyük ölçülü büdcə deşiyinə yol açır.

Neft qiymətlərində müxtəlif yönlü hərəkətlilik prezident Vladimir Putinin söylədiyi - iqtisadi böhranın pik nöqtəsi artıq geridə qalıb - sözlərinin nikbinliyini ciddi sınaq qarşısında qoymaqla bərabər, həmçinin gələn ilin sentyabrında keçiriləcək növbədənkənar parlament seçkisinə qədər olan müddətdə onun rejiminə qarşı təzyiqləri də gücləndirəcək.

Niderlandın “ING Bank NV” bankının hesablamalarına əsasən, Rusiya büdcə kəsirini yalnız neftin bir barelinin qiyməti 80 dollar səviyyəsində olduğu zaman qapaya bilər. Ona görə də əgər 2016-cı ildə də neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, yaxın iki ildə Rusiya iqtisadiyyatının ciddi şəkildə daralması gözlənilir.

Bu barədə “ING Bank NV” bankının Moskva bürosunun iqtisadçısı Dmitri Polevoy öz elektron məktubunda yazıb: ”Əgər neftin qiyməti 50 dollarda qalarsa, gələn il Rusiyanı tənəzzül və ya staqnasiya gözləyir. Çox böyük ehtimalla xərclərin daha artıq azaldımasına və müdafiə məsrəflərinin bir hissəsinin təxirə salınmasına gediləcək. Digər tərəfdən isə ehtiyat fondunda qalmış pullardan da istifadə olunacaq”.

Rublun keçən ilki çöküşündən və Ukrayna siyasəti ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan özünə gələ bilməyən hökumət, artıq büdcə xərclərini 10% azaldaraq, maliyyə çatışmamazlığının aradan qaldırılması üçün yaradılmış ehtiyat fonduna da əl atıb. Dmitriy Polevoy hesab edir ki, neftin qiymətinin aşağı düşməsi, hökuməti Rusiyanın digər bir fondu olan, Milli Təminat Fondundan da pul götürməyə məcbur edəcək.

Mütəxəssislərin hesablamalarına görə, ən pessimist ssenariyə uyğun olaraq, neftin bir barelinin 40 dollar səviyyəsinə enəcəyi təqdirdə isə Ümumi Daxili Məhsul 7% azalacaq və Mərkəzi Bank tərəfindən həyəta keçiriləcək ən ciddi tədbirlər nəticəsində 187 kredit müəssisəsi 11 milyard dollar həcmində kapital çatışmamazlığı ilə üzləşəcək. Həm də ki, problemli kreditlərin həcmi yüksələrək 17,7%-ə kimi çatacaq. Rusiya Mərkəzi Bankının hesablamasına görə, əgər neftin qiyməti 40 dollar səviyyəsinə qədər enərsə, onda ölkənin iqtisadi cəhətdən geriləməsinin müddəti 2017-ci ilədək sürəcək.

Londonun “Royal Bank of Scotland Group Plc” bankının aparıcı iqtisadçısı Tatyana Orlova Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı tərtib etdiyi məruzəsində bəyan edir: ”Neft bazarında baş verəcək qiymət şoku tənəzzülü dərinləşdirə və ya onu uzada bilər. Hər halda biz, 2016-cı il üçün iqtisadiyyatın 0,5% səviyyəsində yüksəlməsini gözləyirik. Lakin əgər Brent markalı neftin orta illik qiyməti 60 dollardan aşağı olacaqsa, onda irəlidəki ildə də tənəzzül davam edəcək”.

Müəyyən qədər möhkəmlənən rubl neftin hərəkət dinamikasına uyğun olaraq, son günlər zəifləməyə doğru gedir. Rublun kəskin şəkildə hərəkətliliyi sabitləşsə də, bu ayın göstəricisinə əsasən geriləmə sürətini artırıb.

Qiymətli kağızlar üzrə “Moodys” reytinq agenliyinin nümayəndəsi bu həftə Rusiyadakı iqtisadi vəziyyət barəsində bəyənatla çıxış edərək deyib: “Neftin qiymətinin gələcəkdə də stabil şəkildə aşağı düşməsi, böyük ehtimalla rublun zəifləməsi və həmçinin də onun iqtisadiyyatının və eləcə də dövlət büdcəsinin bərpa ediməsini mümkünsüz edəcək”.

”Moodys”-in nümayəndəsi əlavə olaraq, onu da bildirib ki, Rusiyanın Ümumi Daxili Məhsulundakı (ÜDM) enerji sektorunun payı 17%-25% təşkil edir.

Hazırda Rusiya hökuməti gələn ilin büdcə layihəsini Urals markalı neftin orta qiymətini 60 dollardan götürmək şərti ilə hesablayıb və ÜDM-ə görə 2016-cı il üçün büdcə kəsirini, 2015-ci ilin 3,7% nisbəti ilə müqayisədə 2,4% azaltmağı qarşıya məqsəd qoyub.

Ölkənin ən böyük bankı olan “Sberbank”-ın bu yaxınlarda dərc etdirdiyi məlumata əsasən, 2016-cı il üçün Urals markalı neftin orta qiyməti bir barrel üçün 55 dollar təşkil edəcək. Nəticədə Rusiyanın istehlak səviyyəsi daha bir ildə aşağı düşəcək. (Bloomberg)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar