Polis Milli Şuranın ziyarətinin qarşısını almaq istədi - FOTOLAR -VİDEO

Polois basqınına baxmayaraq Milli Şura öz tərəfdarları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edə bilib. Basqın zamanı polislər Milliyətçi Demokratlar Partiyasının əklilini qırıblar.

Milli Şuranın izdihamlı kalonu başda qurumun sədri Cəmil Həsənli olmaqla, Xiyabana daxil olub. Milli Şura üzvləri şəhidlərimizin məzarları üzrəinə qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.

...

Yanvarın 20-də Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Mirmahmud Mirəlioğlu, Fuad Qəhrəmanlı, Sülhəddin Əkbər, Qələndər Muxtarlının öndə getdiyi Milli Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Modern.az saytının Şəhidlər Xiyabanında olan əmədaşının verdiyi məlumata görə, Milli Şura nümayəndələrinə buradakı əbədi məşəl kompleksinə əklil qoymağa icazə verilməyib.

Belə ki, polislər müxalifət nümayəndələrinin istəyinə qarşı çıxıblar və tərəflər arasında qarşıdurma yaranıb. Polislər müxalifətçilərə bildiriblər ki, “heç kimə əklil qoyulmasına icazə verilmir”.

Milli Şura üzvləri isə bununla razılaşmayaraq, gətirdikləri əklili şəhidlərin məzarları üstünə qoymaq istəyiblər. Bu zaman Polislər əklili qırmaq istəyiblər. Qarşıdurma yaranıb. Xəsarət alan isə yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar