Rüstəm İbrahimbəyov Londona sentyabrın sonlarında gedəcək

Milli Şura sədri Londona səfərini təxirə salmasına Rusiya paytaxtında planlaşdırılan önəmli görüşləri olub

Milli Şura sədri Rüstəm İbrahimbəyov Londona yaxın iki həftədə gedəcək. Bu haqda xəbəri “Yeni Müsavat” Böyük Britaniya paytaxtındakı qaynaqdan əldə edib. Xəbərdə bildirilir ki, Rüstəm İbrahimbəyovun Moskvada vacib görüşləri olduğu üçün Milli Şura təmsilçilərinin asentyabrın 11-14-də gerçəkləşən London səfərinə qatıla bilməyib.

Qeyd edək ki, Milli Şuranın 9 oktyabr president seçkilərində vahid namizədi Cəmil Həsənli və qurumun İcra Aparatının rəhbəri Eldar Namazov sentyabrın 12-dən Britaniya paytaxtında görüşlərə başlayıblar.

Milli Şura sədri Londona səfərini təxirə salmasına Rusiya paytaxtında planlaşdırılan önəmli görüşlərinin səbəb olduğunu təsdiq edib. AzNews.az-a açıqlama verən Rüstəm İbrahimbəyov deyib ki, Moskvada daha vacib işləri var. Yada salaq ki, bir müddət öncə R.İbrahimbəyov Milli Şura üzvlərinin Britaniya paytaxtına səfərini özü təşkil etdiyini demişdi.

Böyük Britaniya Leyboristlər Partiyasının London təşkilatının sədri Murad Həsənlidən aldığımız xəbərdə isə deyilir ki, ötən gün Mili Şuranın təmsilçiləri Britaniya Xarici İşlər Nazirliyində önəmli görüşlər keçirib. Dünyanın siyasi mərkəzlərindən olan Britaniya XİN-in rəsmiləri ilə danışıqlarda Azərbaycanda demokratiyanın durumu, eləcə də qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə edilib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar