Merkel stuldan yıxılıb! - Huşunu itirib...

Xarici KİV-in yaydığı xəbərə görə, Beyreytdə hər il keçirilən və Rixard Vaqnerin əsərləri ifa olunan opera festivalında Almaniya federal kansleri Angela Merkellə xoşagəlməz hadisə baş verib (Rosbalt).

«Bild»-in verdiyi məlumata görə, antrakt zamanı restoranda kanslerin oturduğu stul qırılıb və o, döşəməyə yıxılıb.

Qəzet ilkin olaraq, bu barədə yazıb ki, yıxılarkən Merkel huşunu itirib. «Tristana və İzolda» operası ifa olunarkən, kansler antrakt zamanı restoranın foyesinə çıxıb və burada stuldan yıxılıb. Şahidlərin sözlərinə görə, bu zaman frau Merkel bir neçə dəqiqəliyə huşunu itirib, sonra isə ətrafdakıların köməyi ilə ayağa qalxa bilib.

Uyğun versiyanı «Der Speigel» də yazıb. Kanslerə tibbi yardım göstərən tibb işçilərinin sözlərinə görə, insident 61 yaşlı Merkelin yorğunluğu və su itirməsi nəticəsində baş verib.

Xəbərdə deyilir ki, son 10 ildə siyasətçi Vaqner festivalına cəmi bircə dəfə qatıla bilməyib.

Ötən ilin dekabrında Xristian-demokrat partiyasının qurultayında ZDF və ARD telekanallarına müsahibə verərkən, Merkel birdən-birə özünü pis hiss etməyə başlayıb. Televiziya işçiləri ilə söhbəti müəyyən müddətə dayandırmaq lazım gəlib. Sonradan Almaniya KİV-i xəbər veriblər ki, kanslerin yarımhuşsuz vəziyyətə düşməsi aclığın və çoxlu su itirməyin nəticəsində baş verib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar