NATO Şurası iyulun 28-də toplanacaq - Türkiyənin xahişi ilə

Xarici KİV-in yaydığı xəbərə görə, Türkiyənin xahişi ilə NATO Şurası iyulun 28-də səfirlər səviyyəsində toplaşaraq, Şimali Atlantika alyansı müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, məsləhətləşmələr aparacaq. Bu barədə xəbəri təşkilatın Brüsseldəki mənzil-qəraragahının mətbut xidməti yayıb (İnterfaks.ru).

4 aprel 1949-cu ildə imzalanmış Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, ixtiyari müttəfiq hesab etsə ki, onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhlükə altındadır, o zaman məsləhətləmə sorğusu verə bilər.

«Son günlərin dəhşətli terror aktları ilə bağlı vəziyyətin ciddiliyini nəzərə alan Türkiyə, həm də gördüyü tədbirlər barədə müttəfiqlərini məlumatlandırmaq məqsədilə bu görüşü sorğu edib. NATO üzrə müttəfiqlər hadisələrin inkişafını diqqətlə izləyir və Türkiyə ilə həmrəy olduqlarını bildirirlər» - deyə, alyansın mənzil-qərargahından verilən xəbərdə qeyd olunur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar