Türkiyəni qarışdıran azərbaycanlı gündəmdə

Türkiyə mediası İstanbulda həbs olunan azərbaycanlı baş İŞİD-çidən danışır.

Bir neçə gündür gündəmdən düşməyən Abdulla Abdullayev “İslam xilafəti”nin bu ölkədə açar adı kimi təqdim olunur. Onun terrorçuları Suriya və İraqa keçirməkdə xüsusi rol oynadığı xəbərlərdə əsas yer alıb.

Polisin araşdırmalarına görə, Abdullayev onları Avropa və Orta Asiya ölkələrindən cəlb edərək Yaxın Şərqə göndərməyə nail olub. Xarici döyüşçülər Abdullayev tərəfindən kirayə evlərdə saxlanırmış. Hazırda Abdullayevlə əlaqəli 36 nəfər saxlanıb. Onların sırasında özbək, çeçen, fransız və azərbaycanlıların olduğu bildirilir.

Odatv.com xəbər yayıb ki, İŞİD əməliyyatının kod adı Abdulla Abdullayevdir. (axar.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar